Əbədiyyətin
rəmzi
Xəbər verildiyi kimi, iyunun 7-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş konsert təqdim olundu. Tanınmış dirijor, Xalq artisti Teymur Göyçayevin idarəsi ilə baş tutan konsertdə görkəmli Avropa bəstəkarlarının, türk bəstəkarı Fazil Sayın əsərləri musiqi məktəbinin şagirdləri tərəfindən ifa edildi.
Konsert Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Samir Əliyevin ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsinə ithaf olunmuş violonçel və kamera orkestri üçün «Elegiya»sı ilə açıldı. Violonçel partiyasını Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim Kamal Paşazadə ifa etdi.
Əsər orkestrin ostinatosu ilə
başlayır. Məhz bu ostinatonun fonunda səslənən
violonçelin reçitativ tipli melodiyası bir növ
insanın müraciətini xatırladır. Orta hissədə
bu intonasiyalar özünün geniş inkişafını
tapır. Bəstəkar burada sual-cavab prinsipinə əsaslanaraq
violonçel və violaların partiyasını özünəxas
şəkildə qurub. Bu sual-cavab iki dahi şəxsin təcəssümüdür.
Bunları müşayiət edən dalğavari fortepiano
partiyası həyatın kəşməkəşli dövrlərini
xatırladır. Sonra violonçelin solo partiyası təqdim
olunur. Soloda bəstəkar ulu öndərin sevdiyi
«Küçələrə su səpmişəm» Azərbaycan
xalq mahnısından bir sitat kimi istifadə etmişdir. Bununla
da bəstəkar dahi rəhbərin öz xalqına olan məhəbbətini
bir daha vurğulayır.
Lətifəxanım
Əliyeva,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2013.- 14 iyun.-
S. 12.